MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edən yaradıcı kollektiv tamaşanı fərqli yozumda təqdim edəcək. Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks edilib.
Quruluşçu rejissor Elşad Rəhimzadənin təqdimatında hazırlanan tamaşada rolları Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva və başqaları canlandıracaq.
Tamaşanın premyerası oktyabrın 27-də gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]