MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının səhnəsində “Kimdir müqəssir?!”
Bakı, 25 may, AZƏRTAC
İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.
İdarədən AZƏRTAC-a bildiriblər ki, rejissor E. Zeynallının quruluş verdiyi tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]