MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar və Kalmık Milli Dram teatrları arasında əlaqələr müzakirə edilib

Bakı, 1 avqust, AZƏRTAC 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, görüşdə iki teatr arasında yaradıcılıq münasibətlərinin daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə olunub. Azərbaycan-Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğu vurğulanıb. Həmçinin yaradıcılıq müqaviləsinin növbəti mövsümdə genişləndirilməsindən, maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin iki ölkənin teatrları üçün əhəmiyyətindən danışılıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan teatrları arasında yaradıcılıq əlaqələrinin davam etdiriləcəyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.