İDMAN


Gənc ağır atletlərimiz Avropa çempionatında iştirak edəcəklər

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 15-22-də Albaniyanın paytaxtı Tiranada gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) körpücük üzərinə çıxacaq.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.

Qadınların yarışında ölkəmizi Elnarə Abbasova (63kq) və Mərziyyə Məhərrəmova (48 kq) təmsil edəcəklər.

Kişilərin mübarizəsində isə Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn Rüstəmov (94 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (105 kq-dan yuxarı) körpücük üzərinə çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.