SİYASƏT


Gənc alim: Gəncə hadisələrinin arxasında xarici qüvvələr dayanır

Bakı, 16 iyul, AZƏRTAC 

Gəncədə törədilən hadisələr barədə informasiyaları diqqətlə izləyirəm. Bu informasiyalardan məlum olur ki, Gəncə şəhərində təxribatçıların apardıqları oyunların arxasında xarici qüvvələr dayanır. Ancaq onlar unudurlar ki, artıq Azərbaycan cəmiyyəti yetkin cəmiyyətdir. Bu cəmiyyət ölkədə sabitliyin pozulmasına, iğtişaşlar törədilməsinə heç zaman yol verməyəcək. Biz sabitliyimizə, əmin-amanlığımıza göz dikən qüvvələrin cəzalandırılmasını istəyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Gəncədə törədilən hadisələrə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli deyib.

“Dövlətimizi, dövlətçiliyimizi qorumaq hər bir vətənpərvər azərbaycanlının borcudur. Aramızda radikallara, anarxistlərə yer olmamalıdır. Gəncə hadisələrini törədənlər də, onlara dəstək verənlər də məsuliyyətdən kənarda qalmamalıdırlar. Biz Prezidentimizin ətrafında sıx birləşmişik, bu birliyi heç bir qüvvə sarsıda bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.