ELM VƏ TƏHSİL


Gənc alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı, 15 iyul, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun Almaniya və Polşadan olan alimlərlə birgə “Qafqaz dağlarında torpaqların fiziki-kimyəvi göstəricilərinin yüksək dəqiqlikli məsafədən alınan məlumatlar əsasında modelləşdirilməsi və rəqəmsal xəritələşdirilməsi” adlı məqaləsi “Geoderma Regional” beynəlxalq elmi jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədqiqat işində torpaqların fiziki-kimyəvi göstəricilərini yüksək dəqiqlikli rəqəmsal relyef modeli və multispektral peyk məlumatları əsasında modelləşdirmək və rəqəmsal xəritələşdirmək üçün hibrid məkan modellərindən istifadə olunub. Tədqiqat nəticəsində məlum olub ki, tətbiq edilən hibrid modellər dağlıq ərazilərdə yüksək dəqiqlikli rəqəmsal torpaq xəritələşdirilməsində effektiv şəkildə istifadə oluna bilər. Dağlıq ərazilərin mürəkkəb relyef şəraitinə baxmayaraq, təklif olunan modellər lokal məkan əlaqələrini aşkar etməyə və qeyri-müəyyənlikləri modelləşdirməyə imkan verir. Tədqiqat işi beynəlxalq miqyasda dağlıq regionlarda yüksək dəqiqlikli rəqəmsal torpaq xəritələşdirilməsi sahəsində ilk təcrübələrdən biri hesab olunur və dağlıq ərazilərdə torpaq xəritələşdirilməsi işlərində külli miqdarda vəsaitə qənaət etməyə imkan verir.

Tədqiqat işinin nəticələri, həmçinin kənd təsərrüfatının inkişafı üçün töhfə verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.