ELM VƏ TƏHSİL


Gənc alimlər Hərbi Qənimətlər Parkında olublar

Bakı, 26 aprel, AZƏRTAC

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkında olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, gənc alimlər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, sursatlarla tanış olublar. Parkda rəşadətli ordumuzun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.