ELM VƏ TƏHSİL


Gənc alimlər “Virtual məktəb”ə dəstək verdilər

Bakı, 21 sentyabr, AZƏRTAC

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiya dövründə təhsil təşəbbüslərinə dəstək - “Virtual məktəb” layihəsinə çıxışın təmin edilməsi məqsədilə aztəminatlı ailələrin məktəbyaşlı övladlarının texniki resurslarla təmin edilməsi” layihəsini yekunlaşdırıb.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən təqdim edilən “Virtual məktəb” platformasına çıxışı, məsafədən təhsilin əlçatanlığını təmin etmək məqsədilə aztəminatlı ailələrdən olan şagirdlərə planşetlər paylanılıb, eyni zamanda, şagirdlərə bu barədə təlimatlar verilib. Astara və Bərdə rayonlarının hər birində bu kateqoriyaya aid ailələrdən olan şagirdlərə 10 planşet paylanılıb. Bununla da, təkcə planşetlər paylanmış şagirdlər deyil, onların məktəbyaşlı bacı-qardaşları da “Virtual məktəb”ə çıxış əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.