ELM VƏ TƏHSİL
Gənc alimlərin məktəblilərlə görüşü
Bakı, 21 dekabr, AZƏRTAC
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakının Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli məktəbdə seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şagirdlərə antropologiya elminin prioritet istiqamətlərindən danışılıb, dəfn adətləri, qəbir növləri, məzar hədiyyələri barədə məlumat verilib. Həmçinin “Çaqqallıtəpə abidəsində aparılan arxeoloji qazıntılar” mövzusunda məruzə dinlənilib. Məktəblilərə abidənin yerləşdiyi ərazi, qazıntılar zamanı əldə edilən materiallar haqqında məlumat verilib, Kür-Araz mədəniyyəti kimi tanınan Erkən Tunc dövrü keramikasının, tikili qalıqlarının xüsusiyyətlərindən danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]