MƏDƏNİYYƏT


Gənc azərbaycanlı virtuoz musiqiçi Antalya konsert mövsümünü açıq elan edəcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Antalyada konsert mövsümünü azərbaycanlı “Paqanini”-Əməkdar artist, Prezident təqaüdçüsü, skripka virtuozu, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilən Elvin Xoca Qəniyev açacaq.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmyerlimiz Antalyada konsert mövsümünü dirijor Rehqim Qekmenin rəhbərliyi altında Antalya simfonik orkestrinin müşayiəti ilə açacaq. O, səhnəni violonçelist Dorukxan Dorukla bölüşəcək. Onlar birlikdə tanınmış almaniyalı bəstəkar İ.Bramsın skripkaçılar və violonçelistlər üçün bəstələrini ifa edəcəklər.

Qeyd edək ki, hər il Antalyada dünya ulduzlarının iştirakı ilə konsert mövsümü keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.