MƏDƏNİYYƏT


Gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçiriləcək.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Plenum çərçivəsində noyabrın 28-də ittifaqın Ü.Hacıbəyli adına konsert salonunda beynəlxalq müsabiqələr laureatı, dirijor Cavad Tağızadənin rəhbərliyi ilə “Baku Sinponietta” orkestrinin iştirakı ilə birinci konsert, noyabrın 29-da ikinci konsert, noyabrın 30-da isə “dəyirmi masa” olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.