İDMAN


Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyində finalçılar müəyyənləşib

Bakı, 15 fevral, AZƏRTAC

Gənc boksçular arasında təşkil edilən Azərbaycan birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 50 komandanın 176 idmançısının iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın beşinci günündə yarımfinal görüşləri baş tutub. On üç çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Milli üzvlərindən Elgün Babayev, Amin Məmmədzadə (hər ikisi 51 kq), Kamil Babayev, Mətin Məmmədov (hər ikisi 54 kq), Arif Bayramov (57 kq), Tacı Tağızadə (60 kq), Zaur Qəhrəmanov (63,5), Səid Abdullayev (67 kq), Ənvər Babayev (75 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) çempion titulu uğrunda mübarizəni davam etdirirlər. Yeniyetmələrdən ibarət yığmadan gənclərə keçid edən Kənan Babayev, Tural Sarıyev (hər ikisi 48 kq), Nadir Məlikov (57 kq) və Sənan Hətəmov (71 kq) da qızıl medal şanslarını qoruyurlar.

Azərbaycan birinciliyinə fevralın 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.