İDMAN
Gənc boksçularımız Avropa çempionatında iştirak edəcəklər
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək.
AZƏRTAC Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmamız çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvələrini sınayacaqlar.
Budvada Fuad Aslanov isə hakim kimi ədaləti qoruyacaq.
Qeyd edək ki, bu gün səfərə çıxan komandamız oktyabrın 24-də Bakıya qayıdacaq.