İDMAN


Gənc boksçularımız Monteneqroda güclərini sınayacaqlar

Bakı, 13 mart, AZƏRTAC

Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək. Beş gün davam edəcək yarışda Azərbaycan yığması 14 idmançı ilə təmsil olunacaq.

AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcəklər.

Qızlardan ibarət yığmamız məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.

Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alacaqlar.

Bu gün Monteneqroya yollanan komanda martın 20-də Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 23 ölkədən 191 (55 qız, 136 oğlan) boksçunun iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.