İDMAN
Gənc boksçuların Avropa çempionatına hazırlığı ilə bağlı təlim-məşq toplanışı keçirilir
Bakı, 22 fevral, AZƏRTAC
Gənc boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında məşqlərə cəlb olunan 22 yaşadək gənclərdən ibarət komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə iki dəfə məşq edən yığmamızın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Toplanış iki həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]
Bakı kəndləri arasında futbol turniri başlayır
- 29.03.2024 [13:36]
Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb
- 29.03.2024 [12:56]