İDMAN
Gənc cüdoçularımız Kiyevdə Ulu Öndərin nurlu xatirəsini anıblar
Kiyev, 6 oktyabr, AZƏRTAC
Gənc cüdoçulardan ibarət Azərbaycan komandası Ujqorodda kadetlər arasında beynəlxalq turnirində iştirak etmək üçün oktyabrın 6-da Ukraynaya gəlib. Oktyabrın 8-9-da Azərbaycanı bu turnirdə məşqçi Məmməd Xudiyevin başçılığı ilə Bakının Nizami rayonundakı 13 nömrəli idman məktəbinin 10 cüdoçusu təmsil edəcək.
Komandamız Kiyevdə təyyarədən enən kimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına çiçəklər qoymaq üçün “Borispol” hava limanından birbaşa Heydər Əliyev parkına gəlib.
Ujqorod turnirində Azərbaycanın idman şərəfini Fuad Nəbiyev, Yunis Yunisli (hər ikisi 50 kq), Seymur Məmmədov, Xəyal Abdullayev (hər ikisi 55 kq), Elxan Abakarov (56 kq), Akif Əzizov, Qədir İbrahimov (hər ikisi 60 kq), Fazil Eyyubov, Sabir İsmayılov ( hər ikisi 66 kq) və Yusif Mehdiyev ( 73 kq) qoruyacaqlar.
Komandanın məşqçisi AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, cüdoçularımız mübarizə aparmağa kökləniblər və ən yüksək əyarlı mükafat qazanmadan Bakıya dönmək niyyətində deyillər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev