İDMAN
Gənc cüdoçularımız dünya birinciliyində 2 gümüş medal qazanıblar
Bakı, 19 oktyabr, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyinə start verilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, mötəbər yarışın ilk günündə millimiz aktivinə 2 medal yazdırıb.
Ölkəmizi təmsil edən Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) finaladək bütün rəqibləri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda üstünlüyü qarşı tərəfə verərək gümüş medala sahib olublar.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]