REGİONLAR


Gənc dövlət qulluqçuları arasında keçirilən “Xəmsə” milli intellektual oyunu başa çatıb

Naxçıvan, 17 iyun, AZƏRTAC

Gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu Gənclər Mərkəzində keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan oyunda müxtəlif dövlət qurumlarını təmsil edən 8 komanda iştirak edib.

Oyuna start verilməmişdən əvvəl çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından danışıblar. Qeyd olunub ki, gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi, karyera imkanlarının artırılması və yaradıcılıq potensialının üzə çıxarılması üçün ardıcıl tədbirlər həyata keçirilir. İntellektual yarışların davamlı təşkili yeniyetmə və gənclərimizin bilik bazasını, dünyagörüşünü daha da zənginləşdirilməsinə xidmət edir. Çıxış edənlər bütün komandalara uğurlar arzulayıblar.

Beş raunddan ibarət oyunda Ədliyyə Nazirliyinin komandası ən yaxşı göstərici ilə birinci yerə layiq görülüb. İqtisadiyyat Nazirliyi və Culfa Rayon İcra Hakimiyyətinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. İlk üçlükdəki komandalara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.