İQTİSADİYYAT


“Gənc energetiklər” könüllülük proqramının icrasına başlanılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Energetika Nazirliyi Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamına uyğun olaraq, “Gənc energetiklər” könüllülük proqramının icrasına başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, könüllülük proqramına 18-29 yaşarası, ali təhsil müəssisələrində təhsil alan bakalavrlar və ya magistrlər müraciət edə bilərlər.

Proqram çərçivəsində könüllülər Energetika Nazirliyinin bir sıra şöbələrində 2 aylıq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Proqramın sonunda hər bir könüllüyə nazirliyin sertifikatları təqdim olunacaq.

Könüllü fəaliyyəti ilə bağlı qeydiyyat yanvarın 24-dən fevralın 17-dək davam edəcək. Könüllülər sırasına qoşulmaq və proqramda iştirak etmək istəyən gənclər Energetika Nazirliyinin “minenergy.gov.az” rəsmi internet saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.