REGİONLAR


Gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar VİDEO

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər döyüş təyinatlı birləşmə və hissələrə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

General-mayor Teymur Eyyubov şəxsi heyəti təbrik edərək bildirib ki, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsində hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də hər zaman nümunəvi xidmətləri ilə seçiləcəklər.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Bölmələrin təntənəli keçidi ilə gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.