MƏDƏNİYYƏT
Gənc fırça ustasının 40-dək sənət əsəri nümayiş olunacaq
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 21-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Əfşan Əsədovanın “Yasəmən” adlı ilk fərdi rəsm sərgisi açılacaq.
Gənc rəssam AZƏRTAC-a bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə nümayiş olunan əsərlər batika, qrafika və moda janrında olacaq. Həm janr müxtəlifliyi, həm də işlənmə texnikası ilə maraq doğuran sənət əsərləri zəngin dünyagörüşün və gərgin əməyin bəhrəsidir.
Sərgidə fırça ustasının 40-dək sənət əsəri nümayiş olunacaq. Bundan əlavə, emosional hisslərin rənglərlə ifadəsi və fəlsəfi yanaşma sənət əsərlərinin əsas mövzularındandır.
Sərgi iki gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]