İDMAN


Gənc gimnast: Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək istəyirəm

Bakı, 29 iyun, AZƏRTAC

Bakıda keçirilən idman gimnastikası üzrə Azərbaycan birinciliyi və paytaxt çempionatı yüksək səviyyədə təşkil edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində yarışların iştirakçısı Əhməd Rüstəm söyləyib.

Çıxışları zamanı həyəcan keçirdiyini bildirən gimnast deyib ki, məşqçisi onun çıxışlarını normal qiymətləndirib.

İlk dəfə Azərbaycanda çıxış edən Əhmədin fikrincə, Milli Gimnastika Arenası mükəmməldir. Nəticələrin dərhal göründüyü böyük ekran güclü təəssürat oyadır.

Gimnast deyib ki, çıxışlarından sonra dərhal Ukraynada yaşayan valideynlərinə zəng edir. Əhməd Azərbaycanın idman şərəfini qorumaq üçün öz istəyi ilə Vətənə dönüb. Onun ən böyük arzusu Azərbaycan yığmasının heyətində çıxış etmək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.