İDMAN
Gənc güləşçilər arasında dünya çempionatında beş idmançımız mübarizə aparacaq
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 12-də Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı start götürəcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kiloqramda çıxış edən sərbəst güləşçilər mübarizə aparacaqlar. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Təsnifat mərhələsində Mahir Məmmədzadə (57 kq) Toşiya Abe (Yaponiya), Turan Bayramov (65 kq) Amiran Vaxtanqaşvili (Gürcüstan), Əşrəf Aşırov (70 kq) Raul Zərbəliyev (İsrail), Abubakr Abakarov (79 kq) Aaron Markel Bruks (ABŞ), Temraz İsmayılov (97 kq) Akaş Antillə (Hindistan) güclərini sınayacaqlar.