İDMAN
Gənc güləşçilər üçün antidopinq seminarı keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə gənc güləşçilər üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev pəhləvanlara dopinqlə bağlı qayda pozuntuları, qadağan olunmuş maddələr, üsullar və preparatların siyahısı və başqa bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.
Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə də idmançıları tanış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]