İDMAN


Gənc həndbolçularımız Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşırlar

Bakı, 21 may, AZƏRTAC

İyulun 21-də start veriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı böyük həyəcan və səbirsizliklə gözlənilir. Yarışın proqramına daxil edilən idman növlərindən biri də həndboldur. Azərbaycan bu idman növü üzrə həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, hər iki komandamız festivala ciddi hazırlaşır. Funksional və taktiki hazırlığın yüksək nöqtəsinə çatmağı hədəfləyən həndbolçularımız proqrama uyğun olaraq ölkədaxili və xarici təlim-məşq toplanışları, həmçinin müxtəlif turnirlərdə qüvvələrini sınayırlar ki, bu da təcrübə baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-dək Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.