REGİONLAR


Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram FOTO VİDEO

Beyləqan, 5 avqust, AZƏRTAC

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqar Mirzəyevin barelyefi üzərində işləyir. O, bundan öncə şəhid general Polad Həşimovun büstünü hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Təbriz Soltanlı erməni silahlı qüvvələrinin Tovuz təxribatından sonra şəhidlərimizin xatirəsini əbədiləşdirməyi qarşısına məqsəd qoyub. O, əvvəlcə şəhid generalımız Polad Həşimovun büstünü ərsəyə gətirib. Gənc heykəltəraş deyir ki, büstü hazırlayarkən əsas məqsədi generalımızn üzündəki nuru ifadə etmək olub və o, buna da nail olub.

Daha sonra şəhid polkovnik İlqar Mirzəyevin barelyefini hazırlamağı qərara alıb və hazırda onun üzərində işləyir. Artıq barelyefin gillə işlənməsi mərhələsi başa çatıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan gənc heykəltəraşın vətənpərvərlik hissləri ilə ərsəyə gətirdiyi bu işlər heç də ilk deyil. Daha əvvəl - 2012-ci ildə şəhid Mübariz İbrahimovun kompozisiyasını hazırlayan Təbriz Soltanlı, həmçinin Mikayıl Müşfiqin kiçik ölçüdə büstünün, Əhməd Cavadın portret heykəlinin, Səməndər Rzayevin büstünün də müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.