CƏMİYYƏT


Gənc hüquqşünasın iştirakı ilə “Cinayət prosesində tutulma və həbsə alınma” mövzusunda təlim təşkil olunub

Bakı, 9 mart, AZƏRTAC 

Martın 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) ilə birgə gənc hüquqşünaslar üçün “Cinayət prosesində tutulma və həbsə alınma” mövzusunda təlim təşkil olunub.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, qurumun Aparat rəhbəri Fərhad Nəcəfov çıxış edərək Kollegiyanın gənc hüquqşünasların vəkillik fəaliyyətinə həvəsləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə müxtəlif tədbirlərin nəzərdə tutulduğunu deyib. O, kollegiya tərəfindən ELSA ilə birgə belə faydalı təlimlərin bundan sonra da mütəmadi təşkil ediləcəyini bildirib.

Yetmişdən artıq gənc hüquqşünasın qatıldığı təlim cinayət prosesi fənni üzrə çoxillik pedaqoji və təcrübi bacarıqları ilə tanınan, Vəkillərin İxtisas Komissiyasının üzvü Fərid Həsənov tərəfindən davam etdirilib. Təlimdə cinayət işinin başlanması, tutulma və həbsin prosessual baxımdan fərqləri, vəkilin bu mərhələlərdə - həm ibtidai istintaq orqanları, həm də məhkəmə mərhələsində müraciət etməli olduğu taktika, bu sahədə Ali Məhkəmə və Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası barədə ətraflı məlumat verilib.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.