İDMAN


Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb

Bakı, 27 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci beynəlxalq kubok yarışı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

Gimnastımız A.Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.