MƏDƏNİYYƏT


Gənc ifaçı Vüsalə Musayeva Ərəbzəngi rolunda

Bakı, 23 avqust (AZƏRTAC). Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Vüsalə Musayeva teatrın yeni mövsümündə “Şah İsmayıl” operasında Ərəbzəngi obrazını canlandıracaq.

V.Musayeva AZƏRTAC-a bildirib ki, səhnə əsərinə Əməkdar İncəsənət Xadimi, rejissor Hafiz Quliyev quruluş verir. O, deyib: “Ərəbzəngi obrazını Azərbaycanın çox görkəmli qadın sənətkarları canlandırıb və dəfələrlə onların ifalarına qulaq asmışam. Bu olduqca məsuliyyətli bir işdir. Həmişə səhnədə zərif qəhrəmanları obrazlarını canlandırdığımdan inanıram ki, bu dəfə də istəyimə nail olacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.