ELM VƏ TƏHSİL


“Gənc istedadlar” liseyində Əhməd Cavadın yubileyi

Bakı, 16 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki “Gənc istedadlar” liseyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi qeyd edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə sözləri böyük şairə, musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan “Çırpınırdi Qara dəniz” mahnısı səsləndirilib.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abuşova Əhməd Cavad yaradıcılığından danışıb. Vurğulanıb ki, Əhməd Cavad Vətəninə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olub. Türkçülüyə sevgisinə görə Vətən sevdalı şair 1937-ci ildə totalitar sovet rejiminin amansız repressiyasının qurbanı olub. Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədi yazılıb.

Ədibin qohumu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiqə Abbasova görkəmli şairin ictimai-siyasi fəaliyyətindən söz açıb. O, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu deyib.

Liseyin direktoru Arif Bağırov, şair-publisist Nəcibə İlkin gənc nəslin Əhməd Cavad yaradıcılığını öyrənməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra liseyinin şagirdlərinin ifasında Əhməd Cavad yaradıcılığına həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.