ELM VƏ TƏHSİL


“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin sertifikat və medalına layiq görülüblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri kimi adıçəkilən müsabiqədə iştirak hüququ qazanmış liseyin XI sinif şagirdləri Nigar Namazova və Lalə Hüseynova mühəndislik, X sinif şagirdləri Ərhan İbrahimli biologiya, Ayaz Ömərli isə ekologiya üzrə hazırladıqları elmi-tədqiqat işlərini dünyanın 85 ölkəsindən qatılmış şagirdlərlə birgə təqdim ediblər. Ümumilikdə Azərbaycanı müsabiqədə 7 layihə ilə 12 şagird təmsil edib.

Qeyd edək ki, X sinif şagirdi Ərhan İbrahimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Özləm Əhmədlinin BDU-nun Biologiya fakültəsində yerinə yetirilən “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası” layihəsi Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov və Botanika və Bitki fiziologiyası kafedrasının laboratoriya müdiri, mütəxəssis alim Kəmalə Əsədovanın rəhbərliyi ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.