İDMAN


Gənc karateçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı, 8 fevral, AZƏRTAC 

Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışının finalına vəsiqə qazanıb.

Bu gün bütün yaş qruplarında kata və 14-15 yaşlı yeniyetmələrin yarışında oğlanların (52 kq, 57 kq, 63kq, 70 kq və +70 kq), eləcə də qızların (47 kq, 54 kq və +54 kq) yarışlarında qaliblər müəyyənləşəcək.

Əlli bir ölkədən 1092 idmançının iştirak etdiyi qitə çempionatına fevralın 10-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.