REGİONLAR
Gənc könüllülər Arpalar dağına yürüş ediblər
Qax, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin həyata keçirdiyi “Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində mərkəzin gənc könüllüləri İlisu kəndi ərazisində yerləşən Arpalar dağına yürüş ediblər. Gənclər dağın zirvəsinə doğru irəliləyib, rayonun füsunkar təbiətini seyr ediblər.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, belə layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, onları stresli həyat şəraitindən uzaqlaşmağa, aktiv və çevik yaşamağa təşviq etmək, eyni zamanda, gənclərə rayonun əsrarəngiz təbiət guşələrini yaxından tanıtmaqdır.