İQTİSADİYYAT


Gənc liderlər “Azərkosmos”da olublar

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun və “ASAN xidmət”in birgə həyata keçirdiyi “GəncLİK” proqramının (Gənc Liderlərin İnkişaf Konsepsiyası) iştirakçıları “Azərkosmos” ASC-yə səfər edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, gənclər qurumun sədri Rəşad Nəbiyev və əməkdaşlarla görüşüblər. Görüş zamanı gənclərə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və onlar vasitəsilə həyata keçirilən layihələr barədə geniş məlumat verilib.

Gənclərlə görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətində Azərbaycan gənclərinin inkişafına xüsusi önəm verildiyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanın “Kosmik Proqramı”na öz töhfəsini verəcək yeni nəsil gənclərin yetişməsi üçün “Azərkosmos” tərəfindən bu sahədə davamlı keçirilən innovativ layihələrdən bəhs olunub. Bildirilib ki, bu layihələrin iştirakçısı olan gənclər texniki biliklərlə yanaşı, komanda işi, təqdimat və ünsiyyət bacarıqları, layihələrin idarə olunması kimi yumşaq vərdişlərə də yiyələniblər.

Görüşdə gənclərin xüsusi marağının olduğu kosmik sahənin idarəetmə standartları və bu sahə üzrə Azərbaycanda toplanan bilik, bacarıq və vərdişlərdən bəhs olunub. Bu gün Azərbaycan gəncliyinin çevikliyi sayəsində emosional zəka və yumşaq vərdişlər kimi müasir dövrün tələblərinə tez uyğunlaşa bildiyi vurğulanıb və prosesin daha da sürətlənməsi üçün gənc liderlərə tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.