“Gənc liderlər üçün yay universiteti” üçün qeydiyyat başlayıb
AzerTAg.az
Bakı, 28 iyun, AZƏRTAC
“Gənc liderlər üçün yay universiteti” adlı layihə keçiriləcək.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində qeyri-formal təhsil metodikası ilə keçiriləcək “Gənc liderlər üçün yay universiteti” üçün qeydiyyat başlayıb.
Tədbirdə əyləncəli oyunlar, rəngarəng konsert proqramı, bir-birindən maraqlı təlim və müzakirələr gəncləri gözləyir.
Qeydiyyatdan keçmək üçün https://bit.ly/3HTUOrV linkdən istifadə etmək lazımdır.
Qeydiyyat üçün son müraciət tarixi iyulun 3-də saat 23:00-da bitir.
Qeyd olunub ki, ötən il keçirilən Yay və Qış Universitetinin gənc liderləri cari ilin Yay Universitetində iştirak edə bilməzlər.

Xəbərin mətnində orfoqrafik səhv var