ELM VƏ TƏHSİL
“Gənc maliyyəçi” təliminə müraciətlər qəbul olunur
Bakı, 1 mart, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində “Gənc maliyyəçi” təliminə müraciətlər qəbul olunur.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, seçim mərhələsindən uğurlu keçən iştirakçılar təlim müddətində (52 saat - 2 ay ərzində) iş mühitində ən çox istifadə olunan “Excel” proqramında formulaların izahı və tətbiqi, mühasibatlıq, maliyyə hesabatları, vergi anlayışları və tətbiqi kimi istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Seçim meyarları:
- Hazırda Bakı və Gəncə şəhərində yaşayan, iş həyatına yeni başlayan və ya qatılmağı planlaşdıran 21-30 yaşarası gənclər;
- İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznes və vergi sahəsində ali təhsil və ya qeyd olunan sahələr üzrə iş təcrübəsi.
Bakı şəhərindən seçiləcək namizədlər üçün təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Gəncə şəhərindən seçiləcək namizədlər üçün isə onlayn formatda və həftənin iki günü Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət nümunəli sertifikat təqdim ediləcək.
Təlim üçün müraciətlər martın 7-dək qəbul olunur. Əlavə sual yarandığı təqdirdə [email protected] ünvanına müraciət mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]