CƏMİYYƏT


Gənc mədəniyyət işçilərinin mini futbol üzrə növbəti kubok yarışları təşkil olunacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Qusar rayonunda regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında II mini futbol yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, futbol yarışı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, I mini-futbol yarışı 2016-cı ilin sentyabrın 16-da Şamaxı şəhərində keçirilib. “Sabir” (Şəki şəhər və İsmayıllı regional mədəniyyət idarəsi) və “Xətai” (Masallı və Lənkəran regional mədəniyyət idarəsi) komandaları arasında keçirilən final oyununda “Sabir” komandası 4:1 hesabla qalib olub.

Gənc mədəniyyət işçiləri arasında yarışların keçirilməsinin məqsədi sağlam həyat tərzinin təbliği, müxtəlif mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, yoldaşlıq əlaqələrinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.