CƏMİYYƏT


“Gənc mina təlimçiləri” adlı yay düşərgəsinə yekun vurulub

Bakı, 6 iyul, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramı çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə iyulun 1-dən 5-dək təşkil olunan “Gənc mina təlimçiləri” adlı yay düşərgəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, düşərgənin təşkil olunmasında məqsəd yeni azad edilmiş ərazilərdə uşaqlar və böyüklər arasında mina təhlükəsini minimuma endirmək, minalara qarşı maarifləndirmə fəaliyyətlərində interaktiv yanaşmadan istifadə edərək prosesi daha da effektiv etmək, iştirakçılara öz yaradıcı istedad və bacarıqlarını kəşf etmək imkanı vermək və yay mövsümündə asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdan ibarət olub.

Düşərgə Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdədə fəaliyyət göstərən 90-a yaxın ümumtəhsil müəssisələrinin 12-17 yaş qrupundan olan 70 fəal liderin iştirakı ilə keçirilib.

Düşərgə çərçivəsində RUGİM-in və ANAMA-nın peşəkar ekspertləri mina təhlükəsizliyi qaydaları mövzusunda təqdimatı, “Gənc mina maarifləndirmə təlimçisi” komandaları üçün hesabat yarışması və “Təhlükəli, şübhəli, təhlükəsiz” və “Minasız ərazi” interaktiv oyunları, lider üçün vacib olan bacarıq vərdişlər, işlərin düzgün planlanması, səmərəli ünsiyyət, kreativlik və tənqidi düşüncənin formalaşdırılmasına dair təlimlər, ilk yardımın əsasları, müxtəlif fövqəladə hallar zamanı nə etməli, qanaxmaların qarşısının alınması üçün ilkin müdaxilə və s. biliklərinin əldə edilməsinə dair təlimlər, şərti işarələr, xəritəni oxumaq, kompasla düzgün işləmək bacarıqları barədə maarifləndirmə aparılıb və İçərişəhər ərazisində səmti müəyyənetmə yarışı təşkil olunub. Daha sonra iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Suraxanı” gəmi-muzeyi, Yarat İncəsənət Muzeyi, Tusi-Bohm Planetarium, “Park Cinema”ya əyləncəli səfərləri təşkil olunub. “Gənc mina təlimçiləri” adlı yay düşərgəsinin sonunda qazanılan biliklərin yoxlanılması məqsədilə post qiymətləndirmə testi keçirilib.

Sonda düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.