ELM VƏ TƏHSİL


Gənc müəllimin məqaləsi fəxri fərmana layiq görülüb

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin gənc alimlər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin gənc müəllimi Qəzənfər Axundovun “İntermodal daşımalarda terminal-logistik kompleksinin emal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda yazdığı məqalə fəxri fərmana layiq görülüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı rektor Vilayət Vəliyev gənc müəllim Qəzənfər Axundovla görüşüb və təbriklərini çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.