ELM VƏ TƏHSİL
Gənc müəllimlər Türkiyə universitetlərinin təcrübəsini öyrənirlər
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimləri Türkiyənin nüfuzlu universitetlərinə ezam ediliblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd müəllimlərin elmi və pedaqoji potensialının yüksəldilməsi, müasir tələblərə cavab verən yeni təhsil standartları ilə tədrisin keyfiyyətinin artırılmasıdır. UNEC-in müəllimləri bir həftə ərzində Türkiyə universitetlərinin tədris planları və ixtisaslaşma ilə bağlı təcrübəsini öyrənəcəklər. Bundan əlavə, UNEC-in müəllimlərinin türkiyəli həmkarları ilə birgə elmi məqalələr hazırlaması istiqamətində görüşlər keçiriləcək.
Səfərdən öncə rektor Ədalət Muradov gənc müəllimlərlə görüşündə bildirib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsinin öyrənilməsi və tətbiqi prioritet istiqamətlərdəndir. UNEC-in Türkiyənin Boğaziçi, İstanbul, Uludağ, Süleyman Dəmirəl, Sakarya kimi aparıcı universitetləri ilə təcrübə mübadiləsi hər iki ölkənin ali təhsil müəssisələri üçün faydalı olacaq.