CƏMİYYƏT


Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodları təbliğ olunur

Bakı, 17 fevral, AZƏRTAC 

Tovuz rayonunda “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz Gənclər evində ikigünlük təlim proqramı həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasında seçilmiş 25 gənc iştirak edib.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc müəllimlərə qeyri-formal təhsil sistemi metodlarının tətbiqinin mümkün aspektlərini sərgiləmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər qazanmalarını təmin etməkdir.

Layihə rəhbəri Fatma Qurbanova layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.

Tovuz Gənclər evinin direktoru Rauf Rüstəmov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. O, gənc müəllimlərin ölkəmizin təhsil sistemindəki önəmli rolundan və onun üstünlüklərindən bəhs edib.

Layihə çərçivəsində “Formal və qeyri-formal təhsil metodlarının fərqi”, “Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi”, “Təhsil sistemi və əmək bazarı”, “Şagirdlərin dərsə olan marağının artırılması”, “Dərs prosesinin effektiv idarə edilməsi”, “İnnovativ tədris metodları ilə tanışlıq”, “İnnovativ tədris metodlarının üstünlüyü” mövzularında təlimlər keçirilib və qrup işləri yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.