CƏMİYYƏT


Gənc müəllimlərin iştirakı ilə “Bilik günü”nə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 17 sentyabr, AZƏRTAC 

Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının akt zalında gənc müəllimlərin iştirakı ilə “Bilik günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası rayon Təşkilatının Gənclər Birliyi, təhsil şöbəsinin gənc müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açılıb.

Bildirilib ki, bu gün ölkəmizdə təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb.

Tədbirdə çıxış edənlər Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirildiyini bildirib, yeni tədris ilində gənc müəllimlərə uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.