ELM VƏ TƏHSİL


Gənc müəllimlərin yay məktəbinə start verilib

Bakı, 23 iyul, AZƏRTAC 

İyulun 23-də Şəki şəhərində Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.

Yay məktəbinə 30-a yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi aparacaqlar.

Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Yay məktəbi iyulun 26-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.