MƏDƏNİYYƏT


“Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub

Bakı, 21 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, festivalda ölkənin 16 şəhər və rayonundan 160-a qədər gənc musiqiçi iştirak edib. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ediblər.

Akademiyanın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb. İştirakçılardan 39 nəfəri diplomant adını qazandı.

Tədbirdə məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası təqdim olunub.

Sonda 13 gənc laureatın ifası dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.