ELM VƏ TƏHSİL


Gənc muzeyşünaslar Cavid irsini öyrənirlər

Bakı, 16 aprel, AZƏRTAC

“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində olublar.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində reallaşdırılan tədbirin məqsədi muzeyşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin muzey işi sahəsinə dərindən yiyələnmələrinə kömək etmək, müxtəlif istiqamətli muzeylərin iş üslubu ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.

Görüşdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam və digər əsərləri barədə ətraflı məlumat verilib.

Sonra gənc muzeyşünaslar Cavid irsinə dair nəşr edilən kitablardan ibarət sərgi və muzeyin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.