İDMAN
Gənc pəhləvanımız Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
Bakı, 17 avqust, AZƏRTAC
Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc güləşçilər arasında dünya çempionatında yunan-Roma pəhləvanımız Zaur Əliyev (55 kq) gümüş medal qazanıb. İdmançımız həlledici görüşdə Rusiya təmsilçisi Ənvər Allahyarova məğlub olub.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevə qalib gələn (8:0) güləşçimiz növbəti mərhələdə moldovalı Artium Deleanunu üstələyib - 10:0. Yarımfinalda iki il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı Ken Matsui ilə üz-üzə gələn Z.Əliyev rəqibini məğlub etməyi bacarıb. İlk hissədə dörd xallıq fəndi uğurla icra edən Avropa çempionatının bürünc medalçısı hesabdakı üstünlüyünü sonadək qoruyub (4:0) və dünya çempionatının finalına yüksəlib.
Qeyd edək ki, avqustun 17-də - yarışın altıncı günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri finalda mübarizə aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]