İDMAN


Gənc pəhləvanımız dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 16 avqust, AZƏRTAC

Estoniyanın paytaxtı Tallinndə keçirilən gənc güləşçilər arasında dünya çempionatında yunan-Roma pəhləvanımız Zaur Əliyev (55 kq) finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda Qırğızıstan idmançısı Nurməhəmməd Abdullayevi məğlub edən (8:0) təmsilçimiz dörddəbir finalda moldovalı Artium Deleanunu üstələyib - 10:0. Yarımfinalda iki il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısı Ken Matsui ilə üz-üzə gələn Z.Əliyev rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən idmançımız hesabdakı üstünlüyünü sonadək qoruyub (4:0) və dünya çempionatının finalına vəsiqə qazanıb. Finalda idmançımızın rəqibi rusiyalı Ənvər Allahyarov olacaq.

Qeyd edək ki, avqustun 16-da - yarışın beşinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.