MƏDƏNİYYƏT


Gənc pianoçu təqdim edir: Azərbaycandan dünyaya musiqi töhfəsi VİDEO

Budapeşt, 4 dekabr, AZƏRTAC

Macarıstan paytaxtında fəaliyyət göstərən “Azərbaycan Evi”ndə beynəlxalq müsabiqələr laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azərbaycan Evi”nin təşkilatçılığı ilə reallaşıb.

Musiqi proqramının təqdimatından öncə gənc pianoçu mədəniyyətimizdə milli irsin qorunub saxlanılması və dünyada təbliği sahəsində böyük işlər görüldüyünü bildirib. O, musiqi sənətimizə dövlətimiz tərəfindən xüsusi qayğı göstərildiyini, bütün bu işlərin Azərbaycan mədəniyyətinin inkişafına, onun dünya miqyasında yayılmasına xidmət etdiyini vurğulayıb. Pianoçunun bu layihəni hazırlamaqda məqsədi onu xarici auditoriyalarda təqdim etməklə milli musiqimizi təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaqdır.

Tədbirdə layihə çərçivəsində dahi bəstəkarlarımız Qara Qarayev və Fikrət Əmirovun əsərləri səsləndirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.