REGİONLAR
Gənc qadınlara biznes planının hazırlanmasında dəstək göstərilir
Şəmkir, 19 iyul, AZƏRTAC
Azərbaycan Mikromaliyyə Assosiasiyası və Polşa Mikromaliyyə Mərkəzinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan regionlarında qadın mütəxəssislərinin hazırlanması və qadın sahibkarlarının inkişafı” layihəsi çərçivəsində Şəmkir “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində “Biznesinə başla və onu inkişaf etdir” mövzusunda 3 günlük təlim işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında rayon icra hakimiyyətinin məsul işçiləri, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və rayonun gənc qadınları iştirak ediblər. Təlimin əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan və ya məşğul olmaq istəyən qadınlara biznes ideyasının yaradılmasında və biznes planın hazırlanmasında dəstək olmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]