İDMAN
Gənc qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışında güclərini sınayıblar
Bakı, 16 dekabr, AZƏRTAC
Gənc kişi şpaqaçılarımız Yunanıstanın İraklion şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsini 3 qələbə ilə başa vuran millimizin üzvü Ruslan Həsənov pley-off mərhələsinin ilk görüşündə rumıniyalı David Statieyə 15:10 hesabı ilə qalib gəlib. İdmançımız 1/64 finalda Rusiya təmsilçisi Mixail Sprinə 11:12 hesabı ilə uduzub.
Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/64 finalda polşalı Jan Soça 11:15 hesabı ilə məğlub olub.
Barat Quliyev qrupu 3 qələbə ilə bitirərək pley-off mərhələsinə adlayıb. Bu mərhələdə təmsilçimiz Yaponiya şpaqaçısı İnoue Taktomi ilə bacarmayıb - 12:15.
Şpaqaçılarımız komanda yarışında Avstriyaya 35:45 hesabı ilə uduzublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]